26 mart 2026. Cümə axşamı

Şenol Güneş: Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram


Şenol Güneş: Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram

"Bu qarşılaşmadan sonra hansı qərarı versəm, sizə açıqlayacağam. Bizim üçün həm oyun, həm də hesab baxımından pis gecə oldu".

Corner.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş səfərdə Niderlanda 1:6 hesabı ilə məğlub olduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis erkən qol buraxdıqlarını sözlərinə əlavə edib: "Daha yaxşı oynamaq istədik, amma fərqli hesabla məğlub olduq. Seçimlərim səhv idi. Futbolçular tapşırıqları yerinə yetirmək istəyirdi. Güclü və nümunəvi oyunçularım var".

Güneş DÇ-2022-yə vəsiqə qazanmaq şanslarının hələ davam etdiyini xatırladıb: "Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam. Azarkeşlərin haqqımda dediklərinə və yazılanlara hörmətlə yanaşıram. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Hazırda 11 xal qazanmışıq. Oyunçuların səylərinə və yaxşı niyyətlərinə şübhəm yoxdur. Fanatların etiraz etməsi normaldır. Amma rəhbərliyin bu məsələ ilə əlaqəsi yoxdur. Onlar indiyədək hər dəstəyi verib. Burada məsuliyyət daşıyan şəxs mənəm. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir".







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"