29 iyun 2026. Bazar ertəsi

Azarkeşlərdən üzr istəməyi özümə borc bilirəm - Təmkin Xəlilzadə


Azarkeşlərdən üzr istəməyi özümə borc bilirəm - Təmkin Xəlilzadə

Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.

Corner.az-ın məlumatına görə, 28 yaşlı cinah oyunçusu məğlubiyyətə görə məyus olduğunu bildirib.

"Kəlimələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borc bilirəm", - deyə Xəlilzadə vurğulayıb.

Yığmanın yarımmüdafiəçisi Qara Qarayev isə azarkeşlərə təşəkkür edib: "Şüphəsiz ki, siz daha çox qalibiyyətlərə layiqsiniz".

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi