29 iyun 2026. Bazar ertəsi

Siz daha çox qələbələrə layiqsiniz - Qara Qarayev


Siz daha çox qələbələrə layiqsiniz - Qara Qarayev

Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu izləməyə gəlmiş azarkeşlərə təşəkkürünü bildirib.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu, bununla bağlı sosial şəbəkə hesabında yazıb.

“Qarabağ”ın futbolçusu paylaşımda bu sözləri qeyd edib: “Bütün azarkeşlərə təşəkkür edirəm. Heç şübhəsiz ki, siz daha çox qələbələrə layiqsiniz”.

Azərbaycan millisi Portuqaliyaya 0:3 hesabıyla məğlub olub. Oyundan sonra millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Təmkin Xəlilzadə uğursuz nəticəyə azarkeşlərdən üzr istəyib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi