29 iyun 2026. Bazar ertəsi

Millidə yeni baş məşqçi


Millidə yeni baş məşqçi
Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.

Corner.az xəbər verir ki, sözügedən komandanın "sükan"ı Karlos Keyroşa həvalə olunub.
 
Bu barədə Misir Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Portuqaliyalı mütəxəssis bu vəzifədə Hossam Əl-Badrini əvəzləyib. Maraqlıdır ki, milli komanda sözügedən mütəxəssisin rəhbərliyi altında heç bir oyunda uduzmayıb - 5 qələbə, 4 heç-heçə. Yığma DÇ-2022-nin seçmə mərhələsində ilk 2 turdan sonra 2-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Karlos Keyroş daha əvvəl Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran və Kolumbiya yığmalarına, həmçinin ölkəsində "Sportinq", İspaniyada "Real" kimi komandalara başçılıq edib.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi