1 oktyabr 2026. Cümə axşamı

UEFA dopinqlə bağlı Qazaxıstan klubuna intizam işi açıb


UEFA dopinqlə bağlı Qazaxıstan klubuna intizam işi açıb

UEFA antidopinq qaydalarını pozmaqda ittiham olunan Qazaxıstan millisinin və "Tobol"un futbolçusu Ruslan Valiullinlə bağlı intizam işi açıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu artıq məsələ barədə Kostanay təmsilçisini məlumatlandırıb.

Məlumatda, qadağan olunmuş maddələrin 27 yaşlı yarımmüdafiəçinin qanına necə keçməsini müəyyənləşdirmək üçün daxili yoxlama aparıldığı vurğulanıb.

Valiullinlidən dopinq testi Slovakiyada "Jilina" ilə Konfrans Liqasının III turunun cavab oyunundan sonra götürülüb. Analizin nəticəsi sentyabrın 2-də - futbolçu Qazaxıstan milli komandasının heyətində Finlandiyaya getdiyi vaxt onun şəxsi poçtuna göndərilib.

Qeyd edək ki, Ruslan Valiullin sentyabrın 1-də evdə Ukrayna ilə 2:2 hesablı heç-heçə etdikləri matçda meydanda olub. Yarımmüdafiəçi 74 və 90+6-cı dəqiqələrdə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər