29 iyun 2026. Bazar ertəsi

Beş qol vurmaq heç vaxt asan deyil - Mançini


Beş qol vurmaq heç vaxt asan deyil - Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini DÇ-2022-nin seçmə mərhələsində Litvanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 56 yaşlı mütəxəssis, 5:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Son iki gün ərzində bir çox futbolçumuzu itirdik. Bu matçda şans qazanan futbolçular özlərini yaxşı tərəfdən göstərməyi bacardılar.

Beş qol vurmaq heç vaxt asan deyil. Cakomo Raspadori yaxşı keyfiyyətlərini göstərdi. O, gəncdir və təcrübə qazanmalıdır. Onunla yanaşı, Moyze Kinin də yaxşı potensialı olduğunu gördük. Onlar təcrübələrini daha da artırmalıdırlar. Hər iki hücumçunun böyük gələcəyi var”.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi