29 iyun 2026. Bazar ertəsi

İrlandiya yığmasının kapitanı Azərbaycanla oyunu buraxacaq


İrlandiya yığmasının kapitanı Azərbaycanla oyunu buraxacaq

İrlandiya millisinin futbolçusu Şeymus Koulman Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyununu buraxacaq.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçinin çıxış etdiyi "Everton" klubunun baş məşqçisi Rafael Benites bildirib.

61 yaşlı mütəxəssis Koulmanın məşq zamanı sıradan çıxdığını söyləyib. Benites İrlandiya yığmasının kapitanının zədə səbəbindən beynəlxalq matçlar üçün milli komandanın düşərgəsinə yollana bilməyəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi