4 fevral 2026. Çərşənbə

Serbiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb


Serbiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

2022-ci il dünya çempionatının seçmə oyunlarında Lüksemburq və Azərbaycan yığmaları ilə üz-üzə gələcək Serbiya millisi komandasının heyəti açıqlanıb.

Corner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Draqan Stoykoviç 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Marko Dmitroviç ("Sevilya", İspaniya), Predraq Raykoviç ("Renn", Fransa), Mile Svilar ("Benfika", Portuqaliya)

Müdafiəçilər: Straxinya Pavloviç ("Monako", Fransa), Miloş Velkoviç ("Verder", Almaniya), Stefan Mitroviç ("Xetafe", İspaniya), Uroş Spayiç ("Krasnodar". Rusiya), Matiya Nastasiç, Nikola Milenkoviç (hər ikisi "Fiorentina", İtaliya), Filip Mladenoviç ("Legiya", Polşa)

Yarımmüdafiəçilər: Mixaylo Ristiç ("Monpelye", Fransa), Darko Lazoviç ("Verona", İtaliya), Nemanya Qudel ("Sevilya", İspaniya), Nemanya Maksimoviç ("Xetafe", İspaniya), Uroş Raçiç ("Valensiya", İspaniya), Saşa Lukiç ("Torino", İtaliya), Duşan Tadiç ("Ayaks", Niderland), Filip Curiçiç ("Sassuolo", İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Nemanya Radonyiç ("Herta", Almaniya), Filip Kostiç ("Ayntraxt" Frankfurt, Almaniya), Sergey Milinkoviç-Saviç ("Latsio", İtaliya), Marko Qruyiç ("Portu", Portuqaliya)

Hücumçular: Aleksandar Mitroviç ("Fulhem", İngiltərə), Luka Yoviç ("Real Madrid", İspaniya), Duşan Vlaxoviç ("Fiorentina", İtaliya)

Qeyd edək ki, sentyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya seçməsi, 3 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı