- Dünya çempionatı
- 18:15 26.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Azərbaycan millisi ilə ev oyununda çoxlu sayda qol epizodundan yararlana bilmədik. Ona görə də Bakıdakı matça ciddi yanaşırıq".
Corner.az xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycan yığmasına qarşı keiçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə yerli mətbuata açıqlamasında deyib.
49 yaşlı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi komandanın son vaxtlar az qol buraxdığı bildirib: "Düzdür, son oyunda Portuqaliya bu komandaya 3:0 hesabı ilə qalib gəldi. Amma Azərbaycan millisi uzun müddətdən sonra ilk dəfə 2-dən artıq top buraxdı. Bu səbəbdən, ilk dəqiqələrdən qol vurmağa çalışmalıyıq".
Kenni Azərbaycan yığmasının əks-hücumlarda yaxşı oynadığını sözlərini də əlavə edib: "Onlar oyuna ciddi hazırlaşacaqlar. Həmçinin əks-hücumda yaxalanmaq təhlükəsi də var. Bu mənada, qol imkanlarımızdan yaxşı yararlanmalıyıq. Bu oyunda əsas məqsədimiz 3 xal qazanmaqdır. Heç-heçələrimizi qələbəyə çevirməliyik".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.