29 iyun 2026. Bazar ertəsi

Azərbaycanla oyunda çətinlik çəkəcəyik - Stiven Kenni


Azərbaycanla oyunda çətinlik çəkəcəyik - Stiven Kenni

"Rəqibi dərindən təhlil etməyə çalışmırıq. Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz".

Corner.az-ın məlumatına görə, bu fikirləri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Extra.ie" saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis Serbiya yığmasının da III turda Azərbaycan səfərində çətinliklə üzləşdiyini xatırladıb: "Bu komanda çox qol buraxmır. Onların avrokuboklarda çıxış edən çoxlu futbolçusu var. Qələbə qazanmaq istəyirik və buna nail olacağımıza da inanıram".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Serbiya millisi eyni arenada 2:1 hesablı qələbə qazanıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi