6 avqust 2026. Cümə axşamı

Bunu bacarsaydıq, bizim üçün möhtəşəm olardı


Bunu bacarsaydıq, bizim üçün möhtəşəm olardı

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində ötən ay İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Corner.az “irishexaminer.com” saytına istinadən xəbər verir ki, italyan mütəxəssis, Dublin səfərində yaxşı oyun sərgilədiklərini deyib:

“İrlandiyaya qarşı Dublində yaxşı oyun sərgilədik. Xüsusilə də birinci hissədə. İkinci hissədə matçı idarə etməkdə çətinlik çəkdik və evə üç xalla dönə bilmədik. Bunu bacarsaydıq, bizim üçün möhtəşəm olardı.

İrlandiyanın qol vurduğu epizodda daha yaxşı oynaya bilərdik. Bir neçə oyunçumuz sadə səhvlərə yol verdi. Ümumiyyətlə, heç-heçənin ən ədalətli nəticə olduğunu düşünürəm.

İrlandiya qapıçıdan başlayaraq geridən oynamağa çalışan komandadır. Həm texniki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünür hələ də tarazlığı tapmayıb.

Tələsik nəticə əldə etmək istəyi həmişə reallıqla uyğunlaşmır. Oyun tərzinizi dəyişdirmək və yeni kollektiv qurmaq istədiyiniz zaman bunu həyata keçirmək asan olmur”.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində oktyabrın 9-da Bakıda İrlandiya yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı