26 mart 2026. Cümə axşamı

Bakıya gəlməyə hazırlaşan futbolçu vaksin vurdurmaqdan imtina etdi


Bakıya gəlməyə hazırlaşan futbolçu vaksin vurdurmaqdan imtina etdi

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İrlandiya yığmasının futbolçusu Kallum Robinson maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki, İngiltərənin “Vest Bromviç” klubunda çıxış edən hücumçu, iki dəfə koronavirusa yoluxmasına baxmayaraq, vaksin vurdurmayacağını deyib:

“Mənə peyvənd vurulmayıb. Bu, mənim seçimimdir. Açığı, iki dəfə bu xəstəliyə tutulmağım xoşagəlməzdir, amma peyvənd vurdurmamışam. Gələcəkdə fikrimi dəyişə bilərəm, ancaq hazırda qərarım belədir. Düşünürəm ki, bu, hər kəsin şəxsi seçimidir. Məşqçilər və digər insanlar peyvənd etməyinizi istəyə bilər, amma seçim azadlığım var. İnsanları peyvənd vurdurmağa məcbur etməzdim. Bu, onların seçimi və onların bədənidir”.

Robinson 2020-ci ilin noyabrında və bu ilin avqustunda koronavirusa yoluxub.

26 yaşlı futbolçu İrlandiyanın DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla səfər oyunu üçün heyətdə yer alıb.

Oktyabrın 9-da keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"