14 may 2026. Cümə axşamı

Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidi


Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidi

İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Conni Caylz yığmanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, veteran futbolçu komandanın Bakıda məğlub olacağı halda baş məşqçi Stiven Kenninin qovulmasını istisna etməyib:

“Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir. Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir. O, hazırda kritik dönəmdədir. İşini davam etdirmək üçün bu matçlarda qələbə qazanmalıdır. Azərbaycanı məğlub edə bilməsə, ciddi problemlərlə üzləşəcək”.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı