29 iyun 2026. Bazar ertəsi

İrlandiya millisinin iki futbolçusu təcrid olundu


İrlandiya millisinin iki futbolçusu təcrid olundu

İrlandiya yığmasının iki futbolçusu Adam İda və Ceyson Nayt Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununu buraxa bilər.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stiven Kenni "otbsports.com" saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis sözügedən oyunçuların qızdırma səbəbindən sabahkı matçda iştirakı sual altına düşdüyünü bildirib. Kenninin sözlərinə görə, onlardan götürülmüş koronavirus testinin nəticəsi mənfi çıxıb: "Yəqin, bu, səfərdən qaynaqlanan problemdir. Hər ikisinin yüksək hərarəti var və öz otaqlarında təcrid olunublar. Sadəcə, Nayt özünü daha pis hiss edir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi