29 iyun 2026. Bazar ertəsi

İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik


İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik

"Komandada vəziyyət yaxşıdır. Bəzi oyunçular sabah olmayacaq. Zədəli futbolçularımız var. Çox istəkliyik, yaxşı hazırlaşmışıq. Komandamdan razıyam. Sabah yaxşı nəticə qazanmaq istəyirik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik".

Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis uzun fasilədən sonra yenidən yığmaya dəvət olunan Araz Abdullayevlə Renat Dadaşovun durumunu açıqlayıb: "Araz Abdullayev daha da böyüyüb. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur".

Qeyd edək ki, oktyabrın 30-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi