14 avqust 2026. Cümə

Milli komandanın məğlubiyyətsizlik seriyası 30 oyuna çatıb


Milli komandanın məğlubiyyətsizlik seriyası 30 oyuna çatıb

Futbol üzrə Əlcəzair millisi məğlubiyyətsiz oyunlar seriyası ilə bağlı rekordunu yeniləyib.

Corner.az OPTA-ya istinadən xəbər verir ki, 2022-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələ görüşündə evdə Nigeriyə 6:1 hesabı ilə darmadağınla qalib gələn yığma 30 matçdır uduzmur.

Qeyd edək ki, Camel Belmadinin başçılıq etdiyi kollektiv hazırda 7 xalla qrup lideridir.







Dünya çempionatı