2 may 2026. Şənbə

Fənərbaxça'nın futbolçusu millinin bombardiri oldu


Fənərbaxça'nın futbolçusu millinin bombardiri oldu

Futbol üzrə Ekvador milli komandası DÇ-2022-nin seçmə mərhələsində Boliviyanı məğlub edib – 3:0.

Corner.az xəbər verir ki, bu oyun ekvadorlu hücumçu Enner Valensiya üçün əlamətdar olub.

Komandasının qələbə qazandıran oyunda het-trik edən 31 yaşlı forvard yığmanın ən yaxşı bombardirinə çevirib. Hazırda Valensiyanın hesabında 33 qol var.

Ekvador yığmasında daha əvvəlki bombardir Aqustin Delqado idi. Onun hesabında 31 qol var.

Enner Valensiya Türkiyənin “Fənərbaxça” klubunda çıxış edir. O, bu mövsüm Super Liqada 7 oyunda 2 qol vurub.







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"