4 fevral 2026. Çərşənbə

Əlimdən gələn hər şeyi etdim - Ştefan Kunts


Əlimdən gələn hər şeyi etdim - Ştefan Kunts

Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts DÇ-2022-nin seçmə mərhələsində Norveçə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, alman mütəxəssis, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qələbə qazanmaq istədik, amma alınmadı. Oyundan əvvəl uşaqlara bildirdim ki, məni məmnun etmək istəyirsizsə, həm fiziki, həm də mənəvi hər şeyinizi meydanda qoyun.

Oyuna yaxşı başladıq, erkən qolda vurduq. Planlaşdırdığımız hər şeyi etdik. Daha sonra oyuna nəzarəti itirdik və üstünlük Norveçdə oldu. Bizə çətin anlar yaşatdılar. Fasilədən sonra oyuna nəzarəti əlimizə aldıq, bir neçə qol imkanı yaratdıq. Lakin olmadı. Komandada hələ inamsızlıq var.

Mən əlimdən gələn hər şeyi etdim. Vacib olan qarşıdakı üç oyunda qələbə qazanmaqdır. Çünki seçmə mərhələdən keçmək istəyiriksə, əlimizə düşən şansdan maksimum istifadə etməliyik”.

Türkiyə yığması yer aldığı G qrupunda 3-cü sıradadır.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı