1 oktyabr 2026. Cümə axşamı

Neymar milli karyerasını başa vurur


Neymar milli karyerasını başa vurur

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya yığmasındakı karyerasını 2022-ci il dünya çempionatından sonra başa vurmaq istəyir.

Corner.az-ın məlumatına görə, 29 yaşlı hücumçu DAZN nəşrinə müsahibəsində DÇ-2022-nin yığma karyerasında sonuncu mundial olacağını etiraf edib.

Neymar, futbola davam etməyə güc və ruhunun çatacağını bilmədiyini söyləyib: "Qarşıdakı dünya çempionatında yaxşı çıxış etmək və yığma ilə qalib olaraq, uşaqlıq arzumu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm. Ümidvaram ki, bizdə hər şey alınacaq".

Qeyd edək ki, Neymar Braziliya millisində 2010-cu ildən çıxış edir. O, 2016-cı ildə olimpiya çempionu, 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub.

Əlavə edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər