5 dekabr 2025. Cümə

Bu qələbəni böyük fərasətlə qazandıq - Oqbene


Bu qələbəni böyük fərasətlə qazandıq - Oqbene

"Bakıya səyahət edən fanatlar, evdə oyunu izləyənlər və xüsusən, ailəm inanılmaz hisslər yaşayır. Biz bu gün olduğumuz pilləyə yüksəlmək üçün həftə ərzində çox çalışmışdıq. Özüm də xeyli əziyyət çəkmişdim".

Corner.az-ın məlumatına görə, bu fikirləri İrlandiya yığmasının futbolçusu Çidozi Oqbene Bakıda Azərbaycan millisini 3:0 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

Görüşdə son qolun müəllifi olan 24 yaşlı hücumçu ona şans verib meydana buraxdığı üçün baş məşqçi Stiven Kenniyə minnətdarlıq edib.

Nigeriya əsilli forvardın fikrincə, səfərdə 3:0 hesablı qələbə yüksək nəticədir: "Bu qələbəni böyük fərasətlə qazandıq. Buraya gəlmək və nəticə əldə etmək bizim üçün çox şey deməkdir. Bu qol uzun səfərimizə dəyərdi və yenidən fərqlənmək istərdim. Hazırda özüm, ailəm və birgə böyüdüyümüz dostlarla xeyli sevincliyik. Həmçinin xalqımız da sevinir. Çətin dövrdən sonra buraya gələrək 3:0 hesabı ilə qalib gəlmək heyrətamizdir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə ilk 2 qolu Kallum Robinson vurub. Çidozi Oqbene 59-cu dəqiqədə meydana girib və 90-cı dəqiqədə oyunda son nöqtəni qoyub.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi