4 fevral 2026. Çərşənbə

Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar


Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar
Futbol üzrə Serbiya yığmasının yarımmüdafiəçisi Nemanya Qudel DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Oyun çətin keçəcək. Azərbaycan millisi əvvəlki komanda deyil. Artıq yaxşı futbol sərgiləməyə başlayıblar.Bakıdakı qarşılaşmada üstünlük tərəfimizdə olsa da, qələbəni asan qazanmadıq. Ona görə də evdəki oyuna ilk dəqiqələrdən aqressiv başlamalıyıq. Azərbaycan yığmasının yaxşı təhlil etmişik. Rəqibin heyətində hansı futbolçuların olduğunu və necə oynadığını bilirik. Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar. Matça maksimum dərəcədə hazır olacağıq”.
 
Sabah keçiriləcək Serbiya - Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı