29 iyun 2026. Bazar ertəsi

Qarabağ'ın legioneri meydandan qovulub


Qarabağ'ın legioneri meydandan qovulub

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.

Corner.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi səfərdə Norveçə 0:2 hesabı ilə məğlub olduqları matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasını azlıqda qoyub. Monteneqrolu futbolçu 2 dəqiqə ərzində ardıcıl 2 sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Veşoviç oyuna start heyətində başlayıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi