29 iyun 2026. Bazar ertəsi

Türkiyə millisinin baş məşqçisi qələbə qolundan sonra ağladı


Türkiyə millisinin baş məşqçisi qələbə qolundan sonra ağladı

Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Latviyaya 2:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra ağlayıb.

Corner.az-ın məlumatına görə, 58 yaşlı almaniyalı mütəxəssis 90+9-cu dəqiqədə Burak Yılmazın penaltidən vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, qarşılaşma Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 15 xal toplayan komanda G qrupunda 3-cü pillədə qərarlaşıb. Norveç 17 xalla ikinci, Niderland isə 19 xalla birinci pillədədir.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi