- Dünya çempionatı
- 22:53 04.12.2025
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 8-ci turun oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə altı qrup üzrə 14 qarşılaşma baş tutub.
A qrupunda Azərbaycan millisi səfərdə Serbiyanın qonağı olub və məğlubiyyətlə üzləşib. Portuqaliya yığması isə Lüksemburqu darmadağınla məğlub edib.
B qrupunda Kosovo yığması doğma meydanda Gürcüstana uduzub. İsveç isə Yunanıstan yığmasına qalib gəlib.
C qrupunda İsveçrə millisi səfərdə Litvanın məğlub edibsə, Şimali İrlandiya da Bolqarıstana məğlub olub .
D qrupunda Qazaxıstan Finlandiyanı sınağa çəkib. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəlibl. Ukrayna yığması evdə isə Bosniya və Herseqovina üz-üzə gəlib və qələbəni əldən verib.
F qrupunda Şotlandiya yığması səfərdə Farer adalarının qonağı olub və çətin qələbə qazanıb. İsrail Moldovanı, Danimarka isə Avstriyanı məğlub yola salıb. Bu nəticələrdən sonra Danimarka yığması da mundiala vəsiqəni vaxtından öncə təmin edib. Daha öncə Almaniya yığması da DÇ-2022-yə vəsiqə qazanmışdı.
İ qrupunda İngiltərə doğma meydanda Macarıstanı qəbul edib və bu görüşdən xal itkisi ilə ayrılıb. Albaniya yığması Polşanı qəbul edib. Bu oyunda qonaqlar minimal hesabla qalib gəlib. Xala həsrət olan San Marino isə bu dəfə Andorraya böyük hesabla məğlub olub.
DÇ-2022-nin seçmə mərhələsi
8-ci tur
12 oktyabr
A qrupu
Portuqaliya – Lüksemburq 5:0
Qol: Ronaldo, 8-pen; 13-pen; 87. B.Fernandes, 18. Palinya, 69.
Serbiya – Azərbaycan 3:1
Qol: Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.
Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.
B qrupu
Kosovo – Gürcüstan 1:2
Qol: Muriqi, 45 – Okriaşvili, 11. Davitaşvili, 82.
İsveç – Yunanıstan 2:0
Qol: Forsberq, 58-pen. İsak, 69.
Xal durumu: İsveç – 15, İspaniya – 13, 12, Yunanıstan – 9, Gürcüstan – 4, Kosovo – 4.
C qrupu
Litva – İsveçrə 0:4
Qol: Embolo, 31; 45. Şteffen, 42. Qavranoviç, 90+4.
Bolqarıstan – Şimali İrlandiya 2:1
Qol: Nedelyev, 53; 64 – Vaşinqton, 35.
Xal durumu: İtaliya 14, İsveçrə – 14, Bolqarıstan – 8, Şimali İrlandiya – 5, Litva – 3.
D qrupu
Qazaxıstan – Finlandiya 0:2
Qol: Pukki, 45; 48.
Ukrayna – Bosniya və Herseqovina 1:1
Qol: Yarmolenko, 15 – Ahmedhodziç, 77.
Xal durumu: Fransa – 12, Ukrayna – 9, Finlandiya – 8, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3
F qrupu
Farer adaları – Şotlandiya 0:1
Qol: Dayks, 86.
İsrail – Moldova 2:1
Qol: Zahavi, 28. Dabbur, 49 – Nikolaesku, 90+5.
Danimarka – Avstriya 1:0
Qol: Mehle, 53.
Xal durumu: Danimarka – 24, Şotlandiya – 17, İsrail – 13, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1.
İ qrupu
İngiltərə – Macarıstan 1:1
Qol: Stounz, 37 – Sallai, 24-pen.
Albaniya – Polşa 0:1
Qol: Sviderski, 77.
San Marino – Andorra 0:3
Qol: Puyol, 10. Moreno, 53. Betryu, 89.
Xal durumu: İngiltərə – 20, Polşa – 17, Albaniya – 15, Macarıstan – 11, Anorra – 6, San Marino – 0.