1 oktyabr 2026. Cümə axşamı

Şahruddin Məhəmmədəliyev ilk 3-lük'də yer aldı


Şahruddin Məhəmmədəliyev ilk 3-lük'də yer aldı

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin 8-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Corner.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.

Azərbaycan millisi qrupda 7, San Marino və Lixtenşteyn isə 8 matç keçirib.

Qeyd edək ki, Azərbaycan komandası son olaraq Belqraddakı "Rayko Mitiç" stadionunda Serbiyaya 1:3 hesabı ilə uduzub.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər