5 avqust 2026. Çərşənbə

Legiya'dan Mahir Emreli ilə bağlı açıqlama


Legiya'dan Mahir Emreli ilə bağlı açıqlama
Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb. Corner.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.
 
24 yaşlı futbolçunun tezliklə komanda ilə məşqlərə qoşulacağı diqqətə çatdırılıb. Azərbaycanlı forvardın “Lex”ə qarşı çempionat matçında oynayacağı bildirilib.
 
Daha əvvəl AFFA Mahirin Serbiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlamışdı. Lakin futbolçudan götürülmüş sonrakı iki testin nəticəsi mənfi çıxmışdı.
 
Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Polşa çempionatının 17-ci turu çərçivəsində baş tutacaq "Legiya" – "Lex" oyunu oktyabrın 17-də keçiriləcək.






Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı