1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Pley-off mərhələsində püşkatmanın vaxtı bilindi


DÇ-2022: Pley-off mərhələsində püşkatmanın vaxtı bilindi

2022-ci il Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində pley-offun püşkatma mərasiminin vaxtı bəlli olub.

Corner.az-ın məlumatına görə, tədbir noyabrın 26-da İsveçrənin Sürix şəhərində gerçəkləşəcək.

Seçmə mərhələ matçlarından sonra qruplarda ikinci yeri tutmuş 12 komanda üç vəsiqə uğrunda mübarizə aparacaq. Pley-off mərhələsi üç hissəyə bölünüb, hər birində yarımfinal, sonra isə final oynayan 4 komanda yer alacaq.

2-ci yer sahiblərindən qruplarında ən çox xal toplayan yığmalar yarımfinalları öz stadionlarında təşkil edəcək. Püşkatmadan sonra finalın ev sahibi bilinəcək.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda təşkil olunacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər