5 avqust 2026. Çərşənbə

Dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır


Dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır

FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ideyası ilə bağlı danışıb.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, ali futbol qurumunun rəsmisi, bu layihənin üstünlüklərinin olduğunu deyib:

“Layihənin futbola təsirini təxmin edə bilirik. Dünya çempionatının iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır. Mundialın 4 ildən bir keçirilməsi qərarı veriləndə dünyada cəmi 40 milli komanda var idi. İndi isə bu rəqəm 211-dir. Bir çempionatın keçirilməsinə 5 ölkənin ərizə verəcəyi barədə söhbətlər gedir. Bu yarışın hər il təşkilindən danışsaq, 20 il ərzində təşkilatçı qismində 100 ölkə ola bilər”.

Dünya çempionatının iki ildən bir keçirilmə ideyasını FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger irəli sürüb.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı