5 dekabr 2025. Cümə

FIFA Albaniya Futbol Federasiyasını cəzalandırıb


FIFA Albaniya Futbol Federasiyasını cəzalandırıb

FIFA 2022-ci il dünya çempionatının seçmə mərhələsində azarkeşlərin davranışları səbəbindən yarımçıq dayandırılmış Albaniya - Polşa matçı ilə bağlı qərarını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Albaniya Futbol Federasiyası baş vermiş insidentə görə 150 00 İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, yığma Andorraya qarşı seçmə mərhələnin sonuncu ev matçını azarkeşsiz keçirəcək.

Qeyd edək ki, Polşa ilə görüşün 77-ci dəqiqəsində qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra yerli fanatlar meydana yad əşyalar atıblar. Nəticədə fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Daha sonra bərpa olunan qarşılaşma polşalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi