5 avqust 2026. Çərşənbə

Devid Bekhem DÇ-2022-nin siması olacaq


Devid Bekhem DÇ-2022-nin siması olacaq

İngiltərə millisinin sabiq futbolçusu və ABŞ-ın "İnter Mayami" klubunun prezidenti Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı növbəti ay açıqlayacaq.

 46 yaşlı keçmiş yarımmüdafiəçi bu razılaşmadan illik təxminən 18 milyon avro qazanacaq.

Tərəflər arasında müqavilə 10 illik nəzərdə tutulub. Bekhem bu müddət ərzində Qətərin səfiri olacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı