- Dünya çempionatı
- 22:07 12.11.2024
“Atletiko”nun futbolçusu Luis Suares PSJ-nin hücumçusu Neymar haqda danışıb.
Corner.az xəbər verir ki, ESPN telekanalına açıqlama verən 34 yaşlı hücumçu, braziliyalı futbolçunun tənqidləri qəbul etdiyini deyib:
“Neymarla bu haqda danışmaq imkanım olmayıb. “Barselona”da birlikdə oynayanda onunla danışmağı çox sevirdim. Amma sonralar az danışmağa başlamışdıq. O, başa düşməyi bacarmalıdır. Onun səhvlərini üzünə deyən dostlara ehtiyacı var. Neymar qulaq asmağı bacarır. O, güvəndiyi insanların tənqidlərini qəbul edir.
Düşünürəm ki, Neymar tənqidlərə görə Braziliya yığmasından getmək istəyir. O, hər zaman təzyiq altında oynamaq istəmir. O, yığmada qala bilər. Bu, sadəcə onun təzyiqlərə necə reaksiya verməyindən asılıdır”.
Neymar bir müddət əvvəl DÇ-2022-dən sonra Braziliya yığmasındakı karyerasını bitirə biləcəyini deyib.