29 iyun 2026. Bazar ertəsi

İngiltərəli futbolçu Polşa millisində çıxış edəcək


İngiltərəli futbolçu Polşa millisində çıxış edəcək

İngiltərənin "Aston Villa" klubunun futbolçusu Mettyu Keş Polşa millisində çıxış edəcək.

Corner.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

İngiltərəli oyunçu futbol vətəndaşlığını dəyişdirdiyini açıqlayıb: "Mən və ailəm üçün çox vacib bir gündür. Polşa hökuməti vətəndaşlıqla bağlı müraciətimi qəbul edib. Ölkə prezidentinə, ailəmə və mənə kömək edən digər insanlara təşəkkürümü bildirirəm. Yeni çağırışların vaxtı gəldiyini düşünürəm. Bu ölkənin yığması üçün əlimdən gələn hər şeyi edəcəyəm".

Qeyd edək ki, Mettyu Keş cari mövsümdə İngiltərə Premyer Liqasında 9 oyun keçirib və 1 qol vurub.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi