4 fevral 2026. Çərşənbə

Lüksemburqun qapıçısı ata olacağı üçün Azərbaycanla matçı buraxacaq


Lüksemburqun qapıçısı ata olacağı üçün Azərbaycanla matçı buraxacaq

Lüksemburq yığmasının qapıçısı Ralf Şonun Azərbaycan millisinə qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu üçün heyətə salınmasının səbəbi bəlli olub.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Lük Holts mətbuat konfransında bildirib.

Holts 31 yaşlı qolkiperin tezliklə ata olacağı üçün toplanışa qatılmayacağını söyləyib: "Şon həyat yoldaşının yanında olmaq istədiyindən, Azərbaycana səyahət etməyəcək".

53 yaşlı mütəxəssis Norveçin "Brann" klubunda çıxış edən Lars Jersonun zədəli olduğunu xatırladıb: "Bu, həm futbolçu, həm də bizim üçün yaxşı hal deyil. Çünki mən onu özümlə aparmaq istəyirdim. Jerson ən qısa zamanda sıraya dönməkdən ötrü çalışmalıdır".

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı