9 may 2026. Şənbə

Danimarka millisinin futbolçusunda xroniki xəstəlik aşkarlandı


Danimarka millisinin futbolçusunda xroniki xəstəlik aşkarlandı

Danimarka millisinin və Fransanın "Nitsa" klubunun futbolçusu Kasper Dolberqə birinci dərəcəli şəkərli diabet diaqnozu qoyulub.

Corner.az-ın məlumatına görə, bu barədə hücumçu özü şəxsi "İnstaqram" səhifəsində yazıb.

24 yaşlı futbolçu bu səbəbdən Farer adaları və Şotlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə matçlarında çıxış etməyəcək.

Dolberq, düzgün müalicə sayəsində xəstəliyin karyerasına təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Kasper Dolberq Danimarka millisinin Bakı Olimpiya Stadionunda Çexiyaya 2:1 hesabı ilə qalib gəldiyi AVRO-2020-nin 1/4 final oyununda qol vurub. 







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı