29 iyun 2026. Bazar ertəsi

İtaliya millisində 2 ciddi itki


“Roma”nın yarımmüdafiəçiləri Nikolo Zanilo və Lorenso Pelleqrini futbol üzrə İtaliya yığmasının heyətindən kənarlaşdırılıb.

Corner.az xəbər verir ki, buna onların hər ikisinin zədədən əziyyət çəkməsi səbəb göstərilib.

Baş məşqçi Roberto Mançini hər iki oyunçunun “Roma”nın düşərgəsinə qayıtmasına qərar verib.Sözügedən futbolçuların əvəzində milliyə “Latsio”nun yarımmüdafiəçisi Danilo Kataldini dəvət edib. 

İtaliya millisi noyabrın 12-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə yığmasını qəbul edəcək. Bundan üç gün sonra isə sözügedən komanda səfərdə Şimali İrlandiya yığmasıyla qarşılaşacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi