1 oktyabr 2026. Cümə axşamı

İtaliya yığmasında daha bir ciddi itki


İtaliya yığmasında daha bir ciddi itki

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya yığmalarıyla qarşılaşacaq İtaliya millisi daha bir itki ilə üzləşib.

Corner.az xəbər verir ki, “Latsio”nun hücumçusu Çiro İmmobile də zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.

Baş məşqçi Roberto Mançini əzələ ağrılarından əziyyət çəkən futbolçunun əvəzində milliyə “Sassuolo”da forma geyinən Canluka Skamakkanı dəvət edib.

Xatırladaq ki, İtaliya yığmasında daha öncə “Roma”nın iki yarımmüdafiəçisi – Nikolo Zaniolo ilə Lorenso Pelleqrini zədə səbəbindən heyətdən çıxarılmışdı.

İtaliya millisi noyabrın 12-də İsveçrə yığmasını qəbul edəcək, bundan üç gün sonra isə səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər