1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan və Lüksemburq yığmaları bu qrupun favoriti deyillər


Azərbaycan və Lüksemburq yığmaları bu qrupun favoriti deyillər

"Qrupda 6 xalımızın olması bizim üçün uğurdur. Düşünürəm ki, Azərbaycan və Lüksemburq bu qrupun favoriti deyil. Seçmə mərhələdən öncə 4-cü yer uğrunda mübarizə aparacağımızı düşünürdük. Hazırda 3-cüyük və bu pilləni qorumaq istrəyirik".

Corner.az-ın məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis sabahkı oyundan UEFA Millətlər Liqasına hazırlıq kimi istifadə edəcəklərini bildirib: "Bu baxımdan, start heyətimizdə dəyişikliklər olacaq".

Holts Azərbaycan yığması ilə UEFA Millətlər Liqasındakı oyunlarını müqayisə etməyin çətin olduğunu vurğulayıb: "Həmin görüşlərdən xeyli vaxt keçib. Daha çox sabahkı oyuna köklənirəm. 2 ay öncə Azərbaycan millisinə qalib gəlmişdik. Komandada stres və motivasiya baxımından problem yoxdur".

O, Azərbaycan millisinin heyətində kifayət qədər güclü futbolçular olduğu sözlərini də əlavə ediv: "İnanıram ki, həmin oyunçuların qapımıza yol tapmalarının qarşısını ala biləcəyik".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər