5 avqust 2026. Çərşənbə

Lüksemburq millisi Azərbaycanla oyunda rekorda imza ata bilər


Lüksemburq millisi Azərbaycanla oyunda rekorda imza ata bilər

Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyununda rekorda imza ata bilər.

Corner.az-ın məlumatına görə, Lük Holtsun rəhbərlik etdiyi komanda qələbə sayəsində xallarının sayını 8-ə çatdıracaq. Bununla da "cırtdanlar" dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyəcək.

Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha çox qol vurulub. Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 5 top keçirə bilib. Qol rekordunu yeniləmək üçün bu komandaya Azərbaycanla səfər və noyabrın 14-də İrlandiya ilə ev oyunlarında üst-üstə 3 qol vurmaq yetərlidir.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı