29 iyun 2026. Bazar ertəsi

Lüksemburq yığmasından Azərbaycanla oyunda 2 rekord


Lüksemburq yığmasından Azərbaycanla oyunda 2  rekord

Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyununda iki rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, Lük Holtsun baş məşqçi olduğu komanda 3:1 hesabı ilə qələbə qazanaraq H qrupunda xallarının sayını 8-ə çatdırıb. Bununla da "cırtdanlar" dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib.

Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub.

Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.








Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi