14 dekabr 2025. Bazar günü

DÇ-2022: Almaniya və Xorvatiyadan darmadağın, İspaniyadan çətin qələbə


DÇ-2022: Almaniya və Xorvatiyadan darmadağın, İspaniyadan çətin qələbə

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turuna start verilib.

Corner.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Lüksemburqla üz-üzə gəlib və növbəti məğlubiyyətlə üzləşib. Qrupun digər matçında İrlandiya və Portuqaliya milli komandaları qarşılaşıblar. Bu oyunda qapılara qol vurulmayıb.

Əsas mərhələyə vəsiqəni təmin edən Almaniya millisi Lixtenşteyni sınağa çəkib və 9 cavabsız qolla qalib gəlib. İspaniya Yunanıstanın, Xorvatiya isə Maltanın qonağı olub. Hər iki oyunda qonaqlar qələbəyə sevinən tərəf olub.

Gürcüstan doğma meydanda İsveçi qəbul edib. Bu oyunda da meydan sahibləri inamlı qələbə qazanıb. Rusiya isə Kiprlə üz-üzə gəlib və 6 cavabsız qola sevinib.

Turun digər oyunları 12 və 13 noyabrda keçiriləcək.

DÇ-2022, seçmə mərhələ, 9-cu tur

11 noyabr

A qrupu

Azərbaycan – Lüksemburq 1:3
Qol
: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.

İrlandiya – Portuqaliya 0:0

B qrupu

Gürcüstan – İsveç 2:0
Qol
: Kvaratsxeliya, 61; 77.

Yunanıstan – İspaniya 0:1
Qol
: Sarabiya, 26-pen.

H qrupu

Rusiya – Kipr 6:0
Qol
: Yeroxin, 4; 87. Smolov, 55. Mostovoy, 56. Sutormin, 62. Zabolotnı, 82.

Slovakiya – Sloveniya 2:2
Qol
: Duda, 58-pen. Ştreleç, 74 – Zayç, 18. Mevlya, 62.

Malta – Xorvatiya 1:7
Qol
: Brozoviç, 31-öz qapısına – Perişiç, 6. Çaleta-Çar, 22. Paşaliç, 39. Modriç, 45+1. Mayer, 47; 64. Kramariç, 53.

J qrupu

Ermənistan – Şimali Makedoniya 0:5
Qol
: Traykovski, 22. Bardi, 36; 67-pen; 90-pen. Ristovski, 79.

Rumıniya – İslandiya 0:0

Almaniya – Lixtenşteyn 9:0
Qol
: İ.Gündoğan, 11. Kaufmann, 20-öz qapısına. Sane, 22; 49. Roys, 23. Müller, 76; 86. Baku, 80. Goppel, 89-öz qapısına.

12 noyabr

F qrupu

21:00 Moldova – Şotlandiya
23:45 Avstriya – İsrail
23:45 Danimarka – Farer adaları

C qrupu

23:45 İtaliya – İsveçrə
23:45 Şimali İrlandiya – Litva

İ qrupu

23:45 İngiltərə – Albaniya
23:45 Andorra – Polşa
23:45 Macarıstan – San Marino

13 noyabr

D qrupu

18:00 Bosniya və Herseqovina – Finlandiya
23:45 Fransa – Qazaxıstan

G qrupu

21:00 Norveç – Latviya
21:00 Türkiyə – Cəbəllütariq
23:45 Monteneqro – Niderland

E qrupu

23:45 Uels – Belarus
23:45 Belçika – Estoniya

Bombardir: Aleksandar Mitroviç (Serbiya), Eran Zahavi (İsrail), Memfis Depay (Niderland) – 7 qol.







Dünya çempionatı

"Zirə"nin futbolçusu milliyə dəvət alıb
  • Dünya çempionatı
  • 12:06 14.12.2025
"Zirə"nin futbolçusu milliyə dəvət alıb
Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”