14 may 2026. Cümə axşamı

DÇ-2022: Braziliya millisi final mərhələsinə vəsiqə qazandı


DÇ-2022: Braziliya millisi final mərhələsinə vəsiqə qazandı

Bu gün DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 13-cü turuna start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Lider Braziliya yığması bu turda Kolumbiyanı qəbul edib və minimal hesabla qalib gəlib. Bununla da, “sambaçı”lar çempionatın əsas mərhələsinə vəsiqəni təmin edib.

Peru Boliviya, Ekvador isə Venesuela üz-üzə gəlib  və hər iki oyunda meydan sahibləri qələbəyə sevinib.

Tura Uruqvay – Argentina matçıyla yekun vurulacaq.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 13-cü tur

12 noyabr

Ekvador – Venesuela 1:0
Qol:
 Pyero İnkapye, 41.

Paraqvay – Çili 0:1
Qol: 
Antoni Silva, 56-avtoqol.

Braziliya – Kolumbiya 1:0
Qol:
 Lukas Paketa, 72.

Peru – Boliviya 3:0
Qol:
 Canluka Lapadula, 9. Kristian Kueva, 31. Serxio Pena, 39.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı