29 iyun 2026. Bazar ertəsi

Məşqçi təyinatından 24 saat sonra komandanı tərk etdi


Məşqçi təyinatından 24 saat sonra komandanı tərk etdi

Türkiyə milli komandasına köməkçi-məşqçi kimi cəlb olunan Tuğberk Tanrıvermiş cəmi 24 saat sonra vəzifəsindən ayrılıb.

Corner.az-ın "Fanatik"ə istinadən məlumatına görə, 32 yaşlı mütəxəssis yığmanın almaniyalı baş məşqçisi Ştefan Kuntsun açıqlamasından sonra bu addımı atıb. Kunts Tanrıvermişi 2 oyunluq götürdüklərini bildirib. Gənc məşqçi bu sözlərdən narahat olduğu üçün bu addımı atıb. O, millidə cəmi bir sutka qaldıqdan sonra təlim-məşq düşərgəsini tərk edib.

Qeyd edək ki, Tuğberk Tanrıvermiş Türkiyədə "Qalatasaray"ın aşağı yaş qruplarından ibarət komandalarında çalışıb. O, 2017/2018 mövsümündə İqor Tudor və Fatih Terimin köməkçisi olub. Tanrıvermiş daha sonra İtaliyanın "Roma" klubunun U-15 komandasının sükanı arxasına keçərək, komandanı çempion edib. Ardında isə o, "Spetsiya"nın U-19 komandasına üz tutub.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi