4 fevral 2026. Çərşənbə

PSJ'də Messi krizi böyüyür


PSJ'də Messi krizi böyüyür

Fransanın PSJ klubu futbolçusu Lionel Messinin zədəli olmasına baxmayaraq, Argentina yığmasında oynamasından narazıdır.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo, 34 yaşlı hücumçunun tam hazır olmadığı halda, milliyə çağırılmasından məmnun olmadıqlarını deyib:

“Milli komandada oynaya biləcək səviyyədə olmayan bir futbolçunun yığma ilə matçlara çıxmasını qəbul etmirik. Bu vəziyyətdən məmnun deyilik və məntiqli olduğunu da düşünmürük. Bununla bağlı FİFA da addım atmalıdır”.

Messi PSJ ilə son 2 oyuna çıxmayıb. Buna səbəb futbolçunun zədəli olması göstərilib. Lakin Messi Argentina yığmasına dəvət alıb və komandanın məşqlərində iştirak edir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı