4 fevral 2026. Çərşənbə

Sautqeyt üçün 7 milyon avroluq yeni müqavilə


Sautqeyt üçün 7 milyon avroluq yeni müqavilə

İngiltərə Futbol Assosiasiyası (FA) millinin baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddətini artırmaq istəyir.

Corner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumatda, FA rəhbərliyinin 51 yaşlı mütəxəssisə illik 7 milyon avro qazanacağı yeni sözləşmə təklif edəcəyi vurğulanıb.

Satuqeyt bunu qəbul etdiyi təqdirdə, İngiltərə millisi tarixində Fabio Kapello (yığmanın sabiq baş məşqçisi) ilə birlikdə illik ən çox qazanan çalışdırıcı olacaq.

FA rəhbərliyi Sautqeytə Premyer Liqa klublarından maraq olmasından narahatdır. Onlar mütəxəssisin yığmadakı qazancını artıraraq, postunda saxlamaq istəyirlər.

Sautqeytin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı