14 avqust 2026. Cümə

İngiltərə millisi 113 illik qol rekordunu qırıb


İngiltərə millisi 113 illik qol rekordunu qırıb

2022-ci il dünya çempionatının seçmə oyununda Albaniyaya 5:0 hesabı ilə qalib gələn İngiltərə millisi yeni rekorda imza atıb.

Corner.az xəbər verir ki, Qaret Sautgeytin rəhbərlik etdiyi komanda 2021-ci ildə 41-ci qolunu vurub.

Beləliklə, yığma 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar 39 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, İngiltərə millisi 23 xalla I qrupunda liderdir.







Dünya çempionatı