10 may 2026. Bazar günü

Azərbaycanla oyunda yaxşı nəticə qazanmaq istəyirik


Azərbaycanla oyunda yaxşı nəticə qazanmaq istəyirik

"Bizim üçün Avropa zonasının seçmə mərhələsində oynamaq əla təcrübədir. Top komandalarla qarşılaşdıq. Oyunlarımız asan olmadı. Əsas məqsəd mundiala yaxşı vəziyyətdə getməkdir. Sabahkı matçdan da yararlanmaq istəyirik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis hər oyuna rəsmi qarşılaşma kimi baxdıqlarını söyləyib: "Azərbaycanla qarşılaşmada yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik. Martda Macarıstandakı görüşə qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq".

Sançes heyətdə bəzi dəyişikliklərin olacağı sözlərini də əlavə edib: "Bu gün son məşqimizə çıxacağıq. Hazırlıq prosesindən sonra heyəti quracağıq".

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.








Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı