5 dekabr 2025. Cümə

Belçika və Fransa DÇ-2022-də, Türkiyə şansını son tura saxladı


Belçika və Fransa DÇ-2022-də, Türkiyə şansını son tura saxladı

DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 qarşılaşma baş tutub.

D qrupunda lider Fransa yığması Qazaxıstanı qəbul edib və 8 cavabsız qolla qalib gələrək mundialın final mərhələsinə vəsiqəni təmin ediblər. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəlib.

E qrupunun lideri Belçika bu dəfə Estoniya ilə qarşılaşıb. Belçika millisi inamlı qələbə qazanaraq adını DÇ-2022-nin iştirakçıları arasına yazdıra bilib. Qrupun digər qarşılaşması Uels və Belarus yığmaları arasında baş tutub. Bu oyunda da meydan sahibləri darmadağınla qalib gəlib.

G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqi, Monteneqro Niderlandı qəbul edib. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, “narıncılar” mundiala vəsiqəni təmin edəcəkdi. Amma həm Niderlandın, həm də Norveçin oyununda xal itkisi ilə üzləşib. Əvəzində “ay-ulduzlular” darmadağınla qalib gələrək ikinci pilləyə yüksəliblər və pley-off şanslarını davam etdirirlər.

DÇ-2022-nin seçmə mərhələsi
9-cu tur
13 noyabr

D qrupu

Bosniya və Herseqovina – Finlandiya 1:3
Qol: Menalo, 69 – Forss, 29. Lod, 51. Oşennesi, 73.

Fransa – Qazaxıstan 8:0
Qol: Mbappe, 6; 12; 32; 87. Benzema, 55; 59. Rabyo, 75. Qrizmann, 84-pen.

Xal durumu: Fransa – 15, Finlandiya – 11, Ukrayna – 9, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.

E qrupu

Uels – Belarus 5:1
Qol: Remsi, 3; 50-pen. Uilyams, 20. Deyvis, 77. Roberts, 89 – Kontsevoy, 87.

Belçika – Estoniya 3:1
Qol: Benteke, 11. Karrasko, 53. T.Hazard, 74 – Sorqa, 70.

Xal durumu: Belçika – 19, Uels – 14, Çexiya – 11, Estoniya – 4, Belarus – 3.

G qrupu

Norveç – Latviya 0:0

Türkiyə – Cəbəllütariq 6:0
Qol: K.Aktürkoğlu, 11. H.Dervişoğlu, 38; 41. M.Demiral, 65. S.Dursun, 81. M.Müldür, 84.

Monteneqro – Niderland 2:2
Qol: Vukotiç, 82. Vuynoviç, 86 – Depay, 25-pen; 54.

Xal durumu: Niderland – 20, Türkiyə – 18, Norveç – 18, Monteneqro – 12, Latviya – 6, Cəbəllütariq – 0







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi