22 oktyabr 2024. Çərşənbə axşamı

Xorvatiya, Serbiya və İspaniya da DÇ-2022-də!


Xorvatiya, Serbiya və İspaniya da DÇ-2022-də!

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun oyunlarına start verilib. Corner.az xəbər verir k, ilk oyun günün 4 qrup üzrə 10 qarşılaşma baş tutub.

A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıydısa, meydan sahiblərinə heç-heçə də sərf edirdi. Oyunda hesabı da Portuqaliya yığması açsa da qalan dəqiqələrdə iki qol vuran Serbiya əzmkar qələbə qazanaraq qrup lideri kimi mundiala vəsiqə qazanıb. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edib və qonaqlar darmadağınla qalib gəlib.

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olub. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionuna qalib gəlməli idi. Meydan sahibləri bərabərlik etsə də istəyinə çatacaqdı. Amma İspaniya yığması buna minimal hesablı qələbə ilə nail olub. Yunanıstan – Kosovo görüşü isə qalib müəyyənləşməyib.

H qrupunun əsas oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. Xorvatiyalılar doğma meydanda qələbə qazansa, mundiala vəsiqəni təmin edəcəkdilər. Sözügedən komanda minimal hesabla qalib gələrək DÇ-yə vəsiqə qazanıb. Qrupun digər oyunlarına gəlincə, Malta Slovakiyanı, Sloveniya isə Kipri qəbul edib. Slovakiya və Sloveniya yığmaları bu oyunlardan qələbə qazanıb.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edib. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirsə də, bu oyunda darmadağınla qələbə qazanıb. Şimali Makedoniya isə son oyunda qalib gələrək pley-offda oynamaq hüququ əldə edib. Rumıniya yığması da Lixtenşteyn üzərində inamlı qələbə qazanıb.

İndiyə qədər Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
14 noyabr

A qrupu

Lüksemburq – İrlandiya 0:3
Qol: Daffi, 67. Oqbene, 75. Robinson, 88.

Portuqaliya – Serbiya 1:2
Qol: Sançes, 2 – Tadiç, 33. Mitroviç, 90.

Xal durumu: Serbiya – 20, Portuqaliya – 17, İrlandiya – 9, Lüksemburq – 9, Azərbaycan – 1.

B qrupu

Yunanıstan – Kosovo 1:1
Qol: Masuras, 44 – Rrahmani, 76.

İspaniya – İsveç 1:0
Qol: Morata, 86.

Xal durumu: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5.

H qrupu

Malta – Slovakiya 0:6
Qol: Rusnak, 6; 16. Duda, 8; 69; 80. De Marko, 72.

Sloveniya – Kipr 2:1
Qol: Zayç, 48. Çerin, 84 – Kakulis, 89.

Xorvatiya – Rusiya 1:0
Qol: Kudryaşov, 81-öz qapısına.

Xal durumu: Xorvatiya – 23, Rusiya – 22, Slovakiya – 14, Sloveniya – 14, Malta – 5, Kipr – 5.

J qrupu

Lixtenşteyn – Rumıniya 0:2
Qol: Man, 8. Banku, 87.

Şimali Makedoniya – İslandiya 3:1
Qol: Alioski, 7. Elmas, 65; 87 – Torsteynsson, 54.

Ermənistan – Almaniya 1:4
Qol: Mxitaryan, 59-pen – Haverts, 15. İ.Gündoğan, 45+4-pen; 50. Hofmann, 64.

Xal durumu: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq