5 dekabr 2025. Cümə

Azərbaycan yığmasının sabiq baş məşqçisi Rusiya yığmasını tənqid etdi


Azərbaycan yığmasının sabiq baş məşqçisi Rusiya yığmasını tənqid etdi

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Rusiya yığmasının Xorvatiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunundakı çıxışını tənqid edib.

Corner.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis "Sport-Express"ə müsahibəsində ölkəsinin meydanda rəqibdən yaxşı olduğunu bildirib.

Prosineçki qələbəyə layiq olduqlarını söyləyib: "Daha çox qol şansı yaratdıq və tez-tez qapıya zərbələr endirdik. Rusiya Splitə ancaq müdafiə olunmaq üçün gəlmişdi. Komanda futbol oynamaq istəmir, sadəcə, hesabı saxlamağa çalışırdı. 90 dəqiqə müdafiə olunmaq mümkün deyil. Biz isə məqsədimizə çatdıq və Qətərə gedirik. Bu uğur bütün xorvatlar üçün çox vacibdir. Biz xoşbəxtik".

Xorvatiyalı baş məşqçi Rusiya seçməsinin pley-offdakı şanslarını da toxunub: "Komanda üçün çox çətin olacaq. Rusiya öz oyununu təkmilləşdirməlidir və hücum haqqında düşünsə, dünya çempionatına gedəcək".

Qeyd edək ki, Xorvatiya 1:0 hesablı qələbə sayəsində final mərhələsinə vəsiqə qazanıb.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi