4 fevral 2026. Çərşənbə

Neftçi'nin legioneri Kriştiano Ronaldoya sataşdı


Neftçi'nin legioneri Kriştiano Ronaldoya sataşdı

"Neftçi" klubunun futbolçusu Mamadu Mboc Portuqaliya yığmasının ulduz hücumçusu Kriştianu Ronalduya sataşıb.

Corner.azn məlumatına görə, 28 yaşlı müdafiəçi şəxsi "İnstaqram" hesabında dünən baş tutmuş Portuqaliya - Serbiya oyunu ilə bağlı paylaşımlar edib.

Seneqallı oyunçu həmin matçda qonaq komandaya azarkeşlik etdiyini göstərib. Mboc paylaşımlarından birində "Ronaldo hələ də oturub hakimləri Mitroviçin zərbəsindən sonra topun qapı xəttini keçdiyinə inandırır" yazıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Serbiya DÇ-2022-nin final mərhələsinə vəsiqəni təmin edib. Portuqaliya isə pley-offda iştirak edəcək. Bu görüşdə mundiala vəsiqə qazandıran qolu 90-cı dəqiqədə hücumçu Aleksandar Mitroviç vurub.

Komandalar arasında martın 27-də keçirilmiş II tur görüşündə qalmaqal yaşanıb. Kriştianu Ronaldunun 90+3-cü dəqiqədə vurduğu qol qapı xəttini keçsə də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib. Həmin vaxt müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb.

Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın uğurları üçün çalışıb. Stefan Mitroviç də həmin klubun yetirməsidir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı